Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Lavrovdan Antalya danışıqları barədə ilk açıqlama: “Digər ölkələrə hücum etmək fikrimiz yoxdur”

“Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, – o bildirib.

S.Lavrovun sözlərinə görə, hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir: “Ukrayna tərəfi DXR və LXR-ə hücumları artıq bu ay üçün planlaşdırırdı”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …