Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya XİN başçısı nüvə müharibəsindən danışıb

“Biz Ukraynanın silahlandırılmasını həmin ölkələrin özü üçün təhdid hesab edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Çünki Ukraynaya təhlükəli silahlar verilir. Bu silahlar onların özünə qarşı da istifadə edilə bilər. Bizim NATO ölkələrinə qarşı hansısa planımız yoxdur. Böyük Britaniya Baş naziri deyib ki, Putin Ukraynada uduzmasa, hədəfləri böyüyəcək. Müharibə barədə danışan biz yox, onlardır. Nüvə savaşının başlanmasına isə inanmırıq. Daha doğrusu inanmaq istəmirik”, – o deyib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …