Cümə , 22 Noyabr 2024
Drone Cameras

Gəncədə “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı konfrans keçirilir

Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə Şəhər Prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edir.

Gəncə və Mingəçevir şəhər, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz, Yevlax rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da iştirak etdiyi konfrans iştirakçıları əvvəlcə ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Tədbir çərçivəsində, həmçinin, media qurumlarının çoxsaylı nümayəndələrinin də iştirakı ilə Gəncə Şəhər Prokurorluğunun inzibati binasına press-tur təşkil olunacaq.

Prokurorluq orqanlarının infrastrukturunun yüksək dövlət qayğısı nəticəsində ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yerində tanış olacaqlar.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …