Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Zelenski Radaya Ukraynada hərbi vəziyyətin uzadılmasını təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin daha 30 gün uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.

Prezidentin “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” nömrəli fərmanının təsdiq edilməsi haqqında müvafiq qanun layihəsi parlamentin saytında dərc olunub.

Sənəd martın 26-dan 30 gün müddətinə hərbi vəziyyətin saat 05:30-dan 05:30-a qədər uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, Ukraynada 30 günlük hərbi vəziyyət fevralın 24-də – Rusiyanın bu ölkəyə qarşı müharibəsinin başlandığı gün tətbiq edilib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …