Bazar , 8 Fevral 2026
Drone Cameras

Bakıda polis şöbələrindən birinə yeni rəis təyin edilib

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi yeni vəzifəyə təyin edilib.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, F.Bektaşi 15-ci PB-nin rəisi vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, F.Bektaşi 2019-cu ildən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində çalışırdı.

Check Also

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com-un məlumatına görə, …