Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Sabir Rüstəmxanlıya fəxri doktor adı verildi – FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı fəxri doktor adına layiq görülüb.

Boyukmillet.com
xəbər verir ki, fəxri doktor diplomu bu gün İnstitutun Elmi Şurasında direktor Teymur Kərimli tərəfindən təqdim edilib.
Bildirilib ki, bu qərar S. Rüstəmxanlının elmin inkişafına və İnstitutun fəaliyyətinə göstərdiyi yardımlara görə qəbul olunub.

Sonra Xalq şairi İnstitutun sərgi salonunda təşkil edilmiş “Şuşa və Qarabağ – Əlyazmalarında” adlı sərginin açılışında iştirak edib.

Check Also

Qanun layihəsinin adının dəyişdirilməsi təklifi qəbul olunmadı

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb Boyukmillet.com-un …