Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ukraynanın Lvov şəhərinə raket zərbələri endirilib, xəsarət alanlar var

Rusiya hərbçilərinin Ukraynanın Lvov şəhərinə endirdikləri raket hücumları nəticəsində 5 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının sədri Maksim Kozitski məlumat yayıb.

“Bu saata kimi Lvova iki raket zərbəsinin endirildiyini deyə bilərəm. Yaşayış binasına və ya digər infrastruktur obyektlərinə zərbə endirilməsi ilə bağlı məlumat təsdiqini tapmayıb”, – o qeyd edib.

İlkin məlumata görə, beş nəfər xəsarət alıb.

“Raket hücumu təhlükəsi hələ də var. Küçədə gəzməyin! Heç bir şeyin şəklini çəkməyin! Anonim teleqram kanallarında məlumatları oxumayın və oradan yaymayın”, – Kozitski deyib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …