Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Ermənilər müharibədə oğurladıqları külli miqdarda silah-sursatı təhvil veriblər

Ermənistanın Gorus icmasında, Sisian rayonunda yüzlərlə “Kalaşnikov” avtomatı, o cümlədən qumbaraatan, habelə xeyli sayda sursat polis əməkdaşlarına təhvil verilib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Boyukmillet.com xəbər verir ki, silah-sursatlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun tabeliyində olub, lakin ayrı-ayrı şəxslər tərəfindən oğurlanıb. Silahlar Ermənistanın ayrı-ayrı rayonlarına Qarabağdan işğal dövründə gətirilib.

Polis vətəndaşlara cinayət məsuliyyətindən yayınmaq üçün qanunsuz silah və sursatları könüllü olaraq təhvil verməyə çağırıb.

Check Also

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub. Boyukmillet.com xəbər verir ki, …