Polşa Rusiya kömürünə embarqo qoyub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.
“Rusiya ilə iqtisadi müharibə davam edir. Polşa Rusiya kömürünə embarqo tətbiq edib. Həmçinin, Polşa Prezidentinin imzaladığı xüsusi qərarlar haqqında aktda Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən qurumların və fiziki şəxslərin aktivlərinin dondurulması imkanları nəzərdə tutulub”, – Ukrayna Prezident ofisinin rəhbəri deyib.
O qeyd edib ki, Polşa və Baltikyanı ölkələr iqtisadi cəbhədə Rusiya ilə bağlı lazımi qərarların qəbulunda digər Aİ ölkələri üçün nümunədir.
“Baltikyanı ölkələrin Rusiya qazını almaqdan imtina etməsi və Polşanın yaxın gələcəkdə neft və qaz alışını dayandıracağını elan etməsi Ukraynanın Qərbdən gözlədiyi qərarlardır. Ancaq bir daha deyirəm, ən vacib olan bu qərarların sürətli verilməsidir. Hər kəs mümkün qədər tez hərəkət etməlidir. Çünki qərar qəbul etməyə sərf edilən hər gün üçün Ukrayna çox baha bədəl ödəyir – vətəndaşlarımız həyatını itirir”, – Yermak vurğulayıb.