Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Rusiya MN: Ukraynanın 1053 hərbi obyektinə zərbələr endirilib

Rusiya raket və artilleriya qoşunları ötən gecə ərzində Ukraynanın 1053 hərbi obyektinə zərbə endirib.

Boyukmillet.com-un Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin aviasiyası gecə ərzində Ukraynanın 73 hərbi obyektini, o cümlədən yeddi dayaq məntəqəsini, dörd sursat anbarını və bir Msta-B haubitsasını, Rusiyanın hava hücumundan müdafiə sistemləri isə Donbasda havada iki Toçka-U raketini vurub.

Konaşenkov onu da bildirib ki, Rusiya silahlı qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin 40-a qədər canlı qüvvəsini və Novovorontsovka və Kiselevka rayonlarında 7 texnikasını məhv edib: “Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukrayna silahlı qüvvələrinin 496 pilotsuz uçuş aparatını, 2388 tankını və zirehli texnikasını məhv edib”.

Nazirlik rəsmisi fevralın 24-dən bəri Ukrayna aviasiyasının 92%-i, tank və zirehli texnikasının 98%, artilleriya sisteminin 47%-i məhv edilib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …