Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Bakıda ermənilərin iştirakı ilə Qarabağa həsr edilmiş beynəlxalq konfrans keçirilir – FOTO

Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı beynəlxalq konfrans keçirilir.
“Report”un xəbərinə görə, Milli QHT Forumu və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın QHT rəhbərləri, habelə Azərbaycana səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan, ölkəsində təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçan Vaan Martirosyan da iştirak edir.
Qeyd edək ki, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bu gün Xocalı abidəsini ziyarət edib.
Xatırladaq ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyanın ötən gün Bakıya gəlib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir