Cümə , 22 Noyabr 2024
Drone Cameras

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri jurnalistlərlə görüşüb

AzEdu təhsil portalının təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şura və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdə İctimai Şuranın sədri Günel Səfərova, şuranın üzvü, deputat Etibar Əliyev, AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı, şuranın üzvləri Məleykə Əlizadə, Gülməmməd Məmmədov, Pərvanə Məmmədova, Rüfət Əsədzadə və Təhsil Jurnalistləri Birliyinin üzvləri iştirak edib.

İctimai Şuranın sədri Günel Səfərova şuranın yeni tərkibdə olan üzvləri ilə fəaliyyətə başladığı tarixdən görülən işlərdən danışıb.

O, dekabr ayından fəaliyyətini yeniləyən İctimai Şuranın təlim-tərbiyə, məktəb, müəllim və valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində Təhsil Nazirliyi ilə bərabər müzakirələr apardığını və müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Həmçinin, jurnalistlərin fəaliyyət və işıqlandırdığı problemlərin təhsil ictimaiyyəti üçün vacib olduğunu qeyd edib və bu istiqamətdə Medianın İnkişafı Agentliyi (MEDİA) ilə təhsil jurnalistləri arasında əlaqələrin inkişafı üçün vacib tədbirlərin görülməli olduğunu söyləyib.

Deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev bu sektorda olan problemlərin həllinin tapılmasında jurnalistlərin rolunu vurğulayaraq, onların hazırladıqları material və digər xəbərlərin vacibliyini qeyd edib.

AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı İctimai Şura üzvləri üzvləri ilə jurnalistlər arasında müzakirələrin aparılmasının davamlı və vacib olmasını diqqətə çatdırıb.

Sonra jurnalistlər müxtəlif təkliflərini İctimai Şura üzvlərinə ünvanlayıblar.

Bu təkliflər arasında təhsil sektorunda təmsil olunan müəllim, şagird və valideynlərin qarşılaşdığı problemlər yer alıb.

Jurnalistlər bu kimi təklifləri İctimai Şuraya çatdıraraq onların həlli istiqamətində addımların atılması üçün vacib məsələlərlə çıxış ediblər.

İctimai Şura isə öz növbəsində jurnalistlərin təkliflərini Təhsil Naizrliyinə çatdıracaqlarını və bu tipdə olan görüşlərin davamlı olacağını söyləyib.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …