Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ukrayna paytaxtında 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Ukraynanın paytaxtı Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib.

Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci briqadanın komandiri Vitali Stetsik deyib.

Bu günə olan məlumata görə, 32 diplomatik nümayəndəlik Kiyevə qayıdıb. Hazırda Ukrayna hakimiyyəti onların müdafiəsini yaxşılaşdırmaq üçün tədbirlər görür.

Stetsik, həmçinin əlavə edib ki, hərbi təcavüzün başlaması ilə Milli Qvardiya obyektlərin mühafizəsi və müdafiəsi sxeminə yenidən baxıb, şəxsi heyət uzaqmənzilli, həmçinin tank əleyhinə silahlarla gücləndirilib.

Qeyd edək ki, Türkiyə, Macarıstan, Danimarka, Cənubi Koreya, Niderland, Böyük Britaniya, Avstriya, İspaniya, İtaliya, Litva, Sloveniya və digər ölkələrin səfirliklərinin fəaliyyətlərini bərpa etdiyini açıqlayıb.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …