Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Naxçıvanda gənclər arasında karate üzrə beynəlxalq turnir keçiriləcək

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının  Şərur şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq karate turniri təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Naxçıvan MR-nın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Naxçıvan MR-nın Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnir Şərur Olimpiya İdman Kompleksində keçiriləcək. Turnirə qatılacaq 10-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər kata və kumite üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Noyabrın 14-də isə beynəlxalq turnirin təntənəli açılış mərasimi keçiriləcək.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir