Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kalın: “Türkiyə İsveç və Finlandiya ilə danışıqları davam etdirəcək”

Türkiyənin İsveç və Finlandiya ilə məsləhətləşmələri davam etdiriləcək.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankarada üç ölkənin nümayəndələri arasında bir neçə gün əvvəl aparılan danışıqların nəticələrini şərh edərkən deyib.

Kalının sözlərinə görə, bu ölkələrin nümayəndələri Ankaranın narahatlığını aradan qaldırmağa yönəlmiş addımlar atmaq istədiklərini bildiriblər.

“Lakin biz onlara dedik ki, məsələ təkcə xoşniyyətli bəyanatlarla həll oluna bilməz”, – Ərdoğanın sözçüsü qeyd edib.

Kalın əlavə edib ki, növbəti görüşün harada, nə vaxt, hansı formatda və hansı səviyyədə olacağı qismən İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə necə cavab verəcəyindən asılı olacaq.

Xatırladaq ki, mayın 25-də Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə keçirilib.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …