Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 261 uşaq ölüb, 480 uşaq yaralanıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
“Uşaqların əksəriyyəti Donetskdə – 184, Kiyev vilayətində – 116, Xarkovda – 112, Çerniqovda – 68, Luqansk – 52, Xersonda – 52, Nikolayevdə – 47, Zaporojyedə – 29, Sumıdə – 17, Kiyev şəhərində – 16 və Jitomirdə – 15 xəsarət alıblar”, – Baş Prokurorluğunun məlumatında qeyd olunur.
Bundan əvvəl xəbər verilmişdi ki, hərbi əməliyyatlar başlayandan bəri 900 mindən çox uşaq Avropa İttifaqı ölkələrinə və Moldovaya gedib.