Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azay Quliyev Şərqi Avropa ölkələrinə gedir

Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Milli Məclisin deputatı ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 6-dan 8-dək Rumıniyanın Buxarest şəhərində, iyunun 8-dən 9-dək Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaq. Bu ölkələrdə Azay Quliyevin dövlət rəsmiləri və parlament üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər zamanı regiondakı vəziyyət təhlil ediləcək, mövcud durumun qiymətləndirilməsi aparılacaq, müasir çağırışlar fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq. 

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …