Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistanda etirazlar zamanı onlarla insan xəsarət alıb

İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumət evinə doğru irəliləmək istəyən etirazçılara polis müdaxilə etməyə çalışıb.

Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var. Səhiyyə Nazirliyinin məlumatına görə, 38 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.

Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …