Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Baş prokuror Masallıda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Kamran Əliyev iyunun 17-i saat 10:00-da Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Boyukmillet.com xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən baş tutacaq: “Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər”.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …