Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Gürcüstana qanunsuz keçən Türkiyə vətəndaşları saxlanılıb

Gürcüstanın dövlət sərhədini qanunsuz keçən iki nəfər Türkiyə vətəndaşı saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

İstintaqla müəyyən edilib ki, 1983 və 1978-ci il təvəllüdlü şəxslər “Vale” sərhəd-keçid məntəqəsindən yan keçməklə Türkiyədən Gürcüstana qanunsuz daxil olublar.

Faktla bağlı qrup halında Gürcüstan dövlət sərhədini qanunsuz olaraq keçmə maddəsi üzrə istintaq aparılır. Türkiyə vətəndaşlarını 4 ildən 5 ilədək həbs cəzası gözləyir.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …