Bazar , 19 May 2024
Drone Cameras

Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsinə və KOB Korporasiyasına təcrübə səfərinə dair fikir mübadiləsi aparılıb.

Check Also

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə …