Cümə , 26 Aprel 2024
Drone Cameras

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb.

Boyukmillet.com xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar.

“Most Traveled People” cəmiyyətinin yaradıcısı, San-Fransiskodan olan səyyah Çarlz Villi “Report”un sualı cavablandıraraq bildirib ki, onlar infrastrukturla bağlı görüləcək işlərlə maraqlanıblar.

“Bizim təklif etdiyimiz ilk iş yolların yenidən qurulmasıdır. Bu bölgənin təbiəti və potensialı çox böyükdür. Məni ən çox təəccübləndirən Laçında, belə dağlıq ərazidə aeroportun olmasıdır. Həmçinin Qarabağ piyada gəzintiləri üçün əla yerdir”.

Türkiyəli səyahətçi Uğur Dəmircan Qarabağa səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

“Biz Zəngəzur dəhlizinin tikintisinin tamamlanmasını gözləyirik, bundan sonra Türkiyədən Azərbaycana turist axını olacaq. Müharibə faciədir, lakin gözəl bir şey yaratmaq üçün fürsətdir. Qarabağda vandalizm gördüm, qorxuludur. Ağdam xüsusilə qorxuludur. Hətta insanların ziyarəti  və gələcək nəsillər üçün vandalizm nümunəsi olması üçün onu bu cür saxlamağı təklif etdim”.

Nyu-Yorkdan olan səyahətçi Liya Abmamonte öz növbəsində bildirib ki, Füzuli aeroportu və Zəngilanda tikilməkdə olan hava limanı möhtəşəmdir, uçuşların axını üçün orada müntəzəm reyslər lazımdır”.

Bütün səyahətçilər ümumi üzvlük sayı 20 min nəfər olan “Most Traveled People” cəmiyyətini təmsil edir.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …