Cümə , 19 Aprel 2024
Drone Cameras

“Şərurlu İsfəndiyar” indi də mərhum Heydər Əliyevin adından yalan danışır?

Hərdən Azərbaycanda elə adamların pul, varidad sahibi olduğunu görürəm ki, təəccüb edirəm. Söhbət qətiyyən paxıllıqdan getmir. Çünki bu hiss mənim xarakterimə yaddır. Mən məmur olub varlananları qətiyyən nəzərdə tutmuram. Onların bir adı var, korrupsioner. Bu əməlin sahibləri azadlıqda deyil, həbsxanada olmalıdırlar. Belələrini tez azadlığa buraxsalar da, hərdən bizdə də tutub içəri salırlar.

Azərbaycanda “Şərurlu İsfəndiyar” adlı bir iş adamı var. Bəzilərinin naxçıvanlı olmaq kartından sağına-soluna sui-istifadə etdiyi vaxtda, Ramiz Mehdiyevin “krışası” altına yaxşı dürtülmək üçün, “şərurlu” ləqəbini İsfəndiyarın özü-özünə verib ki, buna dəyib-dolaşan az olsun.

Mehdiyev vəzifədən gedən kimi müsahibə verib dedi ki, onun əsli heç naxçıvanlı deyil, Şərurun Siyaqut kəndinə Dərələyəz mahalından gəliblər. Bu detal onun hansı mənəvi keyfiyyətlərin daşıyıcısı olduğununaydın biruzə verir.

Bundan əvvəl verdiyi müsahibələrində dəfələrlə deyib ki, zır savadsızdır, heç elementar yazıb-oxumağı belə bacarmır. Ancaq baxın, bu adam milyonlarla varidada sahibdir. Adını axtarış sistemlərinə vuranda yalnız etdiyi fırıldaqlarla bağlı çoxsaylı materiallara rast gəlirsən.

Təəccüb edirsən ki, bəyəm, bu qədər varidadın sahibi müsbət bir iş görmür ki, onları da qeyd etsinlər? Bu suala da özünəməxsus tərzdə cavab verir. Deyir ki, reklamı xoşlamır. Yalan danışır, çünki reklam etməyə yaxşı nəyisə yoxdur.

İsfəndiyar Axundovun yalançı olduğu onun Demokrat.az saytına verdiyi son müsahibədə bir daha üzə çıxır. Həmin müsahibədən bir hissəyə diqqət edək. Sitat:
“Düzgün danışmaq lazımdır. “Laba Mübariz” o vaxt məni bıçaqla vurdu və mən 70 faiz qan itirdim, üç ay xəstəxanada yatdım. Çıxandan sonra da geri çəkilmədim. Həmin vaxtı Heydər Əliyevin qəbulunda da oldum. Heydər Əliyev mənə dedi ki, bu gün onlar bizə lazımdır, biz onları həbs edə bilmərik. Çünki onlar bir qrup idi. Hətta “Qaqaş” ləqəbli bir nəfərlə (Rasim – red.) qarşımı kəsdilər, mən də onları bıçaqla yerlərinə oturtdum, sonra mənlə münasibətlərini normallaşdırdılar, daha prinsip aparmadılar”.

Nə qədər qəribə olsa da, ya savadsızlığından , ya da çoxbilmişlyindən İsfəndiyar bəy bu dəfə mərhum Prezident Heydər Əliyevin adından yalan danışır, budəfəki “püləmələrini” bu nəhəng siyasətçinin adı ilə pərdələməyə çalışır. Deyir ki, “Laba” bunu bıçaqlayandan sonra Naxçıvanda Heydər Əliyevin qəbulunda olub və güya mərhum Prezident buna bəzi etirafarı edib. Deyib ki, “Laba” onu bıçaqlasa da, həmin adamı həbs edə bilmərlər, çünki “Laba” və dəstəsi o vaxtkı rəhbərliyə lazımlı adamlar olublar.

İsfəndiyarla “Laba Mübariz”in arasında doğrudan da dava olub. Bunu hamıdan birinci mən yazmışam, ancaq düşünürəm ki, tikinti maqnatı olanları çox şişirdir. 70 faiz qan itirməsi, 3 ay xəstəxanada yatması həqiqət ola bilməz. “Laba”nın zərbəsindən sonra qısa noqdaun olub , sonra bunu ayıdıblar, durub gedib işinin-gücünün dalınca.

Hadisələrin episentrində olan adamlar deyir ki, bu hadisəyə görə İsfəndiyarı Heydər Əliyevin qəbul etməsi də yalandır. Ola bilər ki, yalan danışmaq İsfəndiyar müəllimdə artıq məslək vərdişinə çevrilib. Ancaq son yalanının dozasını bir az artırmaqla həm də siyasi səhvliyə yol verib. Hamının ideal idarəetməsi, ədaləti ilə fəxr etdiyi Heydər Əliyevin adından görün nə böhtan uydurur? Güya Heydər Əliyev buna deyib ki, adam bıçaqlayan şəxsi həbs edə bilməzlər, çünki həmin şəxs özünə lazım olub.

Birincisi, Heydər Əliyev heç vaxtv belə incə mövzuları İsfəndiyar kimi adamla müzakirə etməzdi.
İkincisi, hətta ən yaxını olsaydı belə , onun etdiyi cinayət tam çılpaqlığı ilə Əliyevə çatsaydı, dərhal tədbir görülməsini tələb edərdi. İndi İsfəndiyar demək istəyir ki, Heydər Əliyev zamanında ona qarşı haqsızlıq edərək, ağır cinayəti ört-basdır edib? Yəqin ki, reklam əməkdaşlığı etdiyi jurnalistlərdən birini tələsik çağırıb bu yalnışını düzəltməyə çalışacaq. Ancaq artıq gecdi, deyilən deyilib, yazılanda yazılıb!

Maraqlıdır, deyəsən, İsfəndiyar indi də eyni mənzili bir neçə adama satmaqdan bezib, siyasi hoqqabazlıqla məşğul olmaq qərarına gəlib.
Mən etiraf edirəm ki, İsfəndiyarın adlarını çəkdiyi “Laba” , “Qaqaş” kimi idmançılar zamanında Naxçıvanda çətin vaxtlarda Heydər Əliyevə lazım olan sədaqəti nümayiş etdiriblər. Ancaq bu o demək deyil ki, Heydər Əliyev onların törətdikləri cinayətlərə də, göz yumub. Bax, bu məsələdə İsfəndiyar müəllim ciddi siyasi səhvə yol verməklə, ağ yalan danışıb…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.sz

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …