Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.
Boyukmillet.com xəbər verir ki, saxlanılanlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.
Qeyd edək ki, Xəlilov Etiram Səyyaf oğlu 1997-ci ildən gömrük orqanlarında xidmət göstərir. O, 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru, 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb. 2018-ci ildən “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə təyin edilib.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.