Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub

Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi texniki xəta nəticəsində öz-özünü vurub.

Boyukmillet.com  Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altındakı Alçevsk şəhərində qeydə alınıb.

Videodan göründüyü kimi, havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub.

Xatırladaq ki, müharibənin ötən 4 ayı ərzində Rusiya Silahlı Qüvvələri 100-ə yaxın hava hücumundan müdafiə sistemi itirib.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …