Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, hadisə Kastamonu rayonunda qeydə alınıb. Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə avtobus tarlaya yuvarlanıb.

Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsüdür.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …