Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qazaxda kişi həyat yoldaşına baltayla xəsarət yetirib

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini- 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahiyyə əməliyyatı olan qadının vəziyyəti ağır olaraq qalır.

Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …