Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.

Boyukmillet.com xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, …