Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şirvanda kişi arvadını uşağının gözləri qarşısında öldürüb – RƏSMİ

Şirvanda kişi arvadını uşağının gözləri qarşısında öldürüb.

Boyukmillet.com xəbər verir ki,bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
İş üzrə istintaq davam edir.

Check Also

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava …