Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Hulusi Akar: “Cənubi Qafqazdakı durum Ermənistan üçün yaxşı bir fürsətdir”

“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan çox qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Amma otuz il ərzində bütün bunları heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız “artıq bəsdir” deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edib. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı bir fürsətdir”, – o bildirib.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …