Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanda döyüş mövqeyində meyiti tapılan əsgərin ölüm səbəbi məlum olub

Ermənistan ordusunun əsgəri, 19 yaşlı Erik Karsyanın ölüm səbəbi məlum olub.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsinin məlumatına görə, o, intihar edib. İstintaq Komitəsi E.Karsayanın ölüm faktı ilə bağlı cinayət işinin başlandığını elan edib.

İlkin məlumata görə, o, özünə atəş açıb. Qeyd edilir ki, Karsyan ona təhkim edilmiş AKM avtomatından döş qəfəsi nahiyəsinə atəş açıb.

Yaralı hərbi tibb məntəqəsinə aparılıb və onun öldüyü məlum olub.

Hazırda istintaq və digər əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bununla da avqustun 4-dən Ermənistanın qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı 4 nəfərə çatıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …