Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Quba sakini naməlum şəxs tərəfindən öldürülüb

Quba rayonunda 37 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Barlı kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 37 yaşlı Ramiz Əhməd oğlu Məmmədov bıçaqlanıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Səyyaf Tağıyev “Report”un Şimal bürosuna bildirib ki, əməliyyat olunan R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb: “Bu gün səhər saatlarında rayon sakini Ramiz Məmmədov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub və əməliyyat edilib. Lakin əməliyyatdan sonra o, xəstəxanada ölüb”.
Quba Rayon Prokurorluğundan bildirilib ki, hazırda hadisə yerində araşdırma aparılır.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir