Cümə , 3 May 2024
Drone Cameras

Aİ Ukraynaya kritik infrastrukturun bərpasına 21 milyon dollar ayıracaq

Avropa Komissiyası dağıntıların təmizlənməsi və ölkənin mühüm infrastrukturunun bərpası üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində Ukraynaya 21 milyon dollar ayıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin saytı məlumat yayıb.

“Vəsait həmçinin təcili ekoloji təhlükələrin müəyyən edilməsi və aradan qaldırılması, həmçinin zərərçəkən ərazilər üçün strateji infrastruktur elementlərinin təmiri, bərpası və ya əldə edilməsi üçün istifadə olunacaq”, – məlumatda deyilir.

BMT-nin Ukraynadakı rezident nümayəndəsi vəzifəsini icra edən Manal Fouani qeyd edib ki, “xüsusilə sərt qışın yaxınlaşdığı şəraitdə” infrastrukturun qısa zamanda təmirə ehtiyacı var.

“Qarşıdan gələn qış mövsümü sərt olacaq, biz insanların və hakimiyyət orqanlarının lazımi iş infrastrukturuna malik olması üçün mümkün olan hər şeyi etməliyik”, – Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri, səfir Matti Maasikas öz növbəsində bildirib.

Check Also

Ərdoğandan İsraillə bağlı SON DƏQİQƏ açıqlaması

Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə …