Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bərdədə avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bərdə rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Hümbətov Namət Yüsif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …