Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azad edilən ərazilərdə daha 309 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan  verilən məlumata görə, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 731 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …