Cümə , 3 Yanvar 2025
Drone Cameras

Türkiyə prezidenti: “Dostlarımızın silahı terrorçuların əlindədir”

 “Bizim terror qruplaşması elan etdiklərimizin əlindən İraq və Suriyada dostlarımızın silahı aşkar edildi”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında bildirib.

O, müttəfiqlərin Türkiyəyə terrora qarşı mübarizədə göstərdikləri yardıma görə, təşəkkürünü bildirib: “Eyni dəstəyi başda terrorçu İŞİD və PKK qruplaşmaları olmaqla bütün terrorçulara qarşı mübarizəmizdə gözləyirik.Terror qruplaşmaları təmsilçilərinin ölkələrinizdə sərbəst hərəkət edib, fəaliyyət göstərmələrinə mane olmağınızı istəyirik. Xüsusən Avropa İttifaqının terrorçu elan etdiyi PKK-nın Avropada rahatca hərəkət edib, aksiya keçirməsini qəbul edə bilmərik”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir