Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb

Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Belə ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.

Check Also

Metroda tunel tikintisi zamanı xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə ediləcək

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən …