Bazar , 29 Mart 2026
Drone Cameras

KTMT Baş katibi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə KTMT-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təşkilatın missiyası İrəvanda işə başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir.

Xatırladaq ki, nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək üçün Ermənistana gəlib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …