Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycanlı deputatdan NATO PA prezidentinə: “Ermənistan işğalçı dövlət ola-ola nə haqla burada iştirak edir və suallar verir?”

Azərbaycan millisi ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempionatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olublar. “Ermənistan işğalçı dövlət ola-ola nə haqla burada iştirak edir və suallar verir?”
“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci illik sessiyasında çıxışı zamanı bildirib.
“Bu gün biz burada Rusiyanı işğalçılıqda ittiham edirdik. Amma bundan öncə Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Ermənistan da işğalçı bir dövlətdir. İşğalçılığın fərqi və forması yoxdur. Əgər Rusiya işğalçıdırsa, onda Ermənistan da işğalçıdır. Ermənistan işğalçı dövlət ola-ola nə haqla burada iştirak edir və suallar verir? Bu gün Suriyadan terrorçular Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına yerləşdirlirlər. Ermənilərin terroçu hərəkətləri və terrorçulara dəstək vermələri dünya ictimaiyyətinə məlumdur. Ermənistan Rusiya ilə birgə ordu yaradır, həm də NATO Parlament Assambleyasında iştirak edir”, – deyə Siyavuş Novruzov vurğulayıb.
Milli Məclisin deputatı daha sonra NATO PA-nın prezidenti Maykl R.Turner belə bir sual ünvanlayıb: “Sizdən bu sualıma cavab verməyinizi istəyirəm: Ermənistan Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verib. Burada Ermənistan qonşuluq siyasətindən danışır. Axı Ermənistanın bölgədə hansı qonşu dövlətlə münasibəti var? İllərlə Türkiyəyə qarşı ərazi iddiasında olub, Gürcüstan torpaqlarına ərazi iddiası var, Azərbaycanın isə 20 faiz torpaqlarını işğal edib”.
Siyavuş Novruzovun bu çıxışı tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
NATO PA-nın prezidenti isə Azərbaycan nümayəndə heyətinin üzvünün sualına cavab verməkdə çətinlik çəkib və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun birbaşa məşğul olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində NATO Parlament Assambleyasının 62-ci illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir. Azərbaycan nümayəndə heyətinin səfəri noyabrın 22-də başa çatacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir