Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədi boyu ilk şərti patrul xidmətinə gediblər

Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: “Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”.

Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.

Check Also

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir …