Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları ifşa edilib

Meksikanın aparıcı mətbu orqanlarından olan “Excelsior” qəzetində səfir Məmməd Talıbovun Ermənistanın böhtan xarakterli məlumatlarına cavab müsahibəsi dərc olunub.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.

Müsahibədə ilk olaraq səfir M.Talıbov Ermənistan səfiri Armella Şəkəryanın münaqişə ilə bağlı reallıqları təhrif edərək meksikalı oxuyucuları aldatmağa çalışdığını qeyd edib.

Məqalədə, Ermənistanın 30 il ərzində beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadan Azərbaycanın 20% ərazisini qanunsuz işğal etməsi, bu ərazidəki şəhər və kəndlərin Ermənistan hərbi qüvvələri tərəfindən tamamilə dağıdılaraq talan edilməsi, həmin ərazilərin hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan tərəfindən kütləvi şəkildə minalanması və 250-yə yaxın mülki şəxsin, o cümlədən iki jurnalistin bu minalanmanın qurbanı olması barədə məlumat verilib.

Yazıda həmçinin Azərbaycanın bu ilin sonuna qədər sülh sazişi imzalamağa hazır olduğu, bunun üçün isə Ermənistanın bu kimi əsassız ittihamlardan əl çəkməli, 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu qeyd olunub.

Müsahibədə həmçinin vurğulanır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfindən bu günə qədər törədilmiş saysız hesabsız müharibə cinayətlərinin, o cümlədən onlarla mülki şəxsin ölümü ilə nəticələnən Gəncə, Bərdə və Tərtər şəhərlərinin ballistik raket və kaset bombalarla atəşə tutulması ilə bağlı cinayətlərin araşdırılması ilə əlaqədar heç bir tədbir görülməyib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …