Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Hacıqabulda baş verən yol qəzasında şəhid anası ağır yaralanıb

Hacıqabulda baş verən qəzasında 6 nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KİA” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Abıyeva Nuray Malik qızı, onun qardaşı, 2008-ci il təvəllüdlü Abıyev Nihad Malik oğlu, 1996-cı il təvəllüdlü İbrahimov Elmar Səyyad oğlu, 2000-ci il təvəllüdlü Hüseynəliyeva Aidə Azər qızı, 1973-cü il təvəllüdlü Salmanova Şahnaz Mürsəl qızı və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Abışova Nənəxanım Səfər qızıdır.

Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N. Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …