Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: “Bu gün keçiriləcək mitinqdə Ermənistan hakimiyyətindən daha çox Rusiya tənqid hədəfi olacaq”

“Cəmi 2 il ərzində Ermənistan cəmiyyəti 2020-ci ildə baş verənləri unudub”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzetin məlumatına görə, bu gün ölkə müxalifəti mitinq keçirməyəcək: “Ancaq müzakirələr olacaq. Digər tərəfdən, Milli Demokratik Qütb (Sasna Tsrer) mitinq-yürüş keçirmək təşəbbüsü ilə çıxış edib və artıq bir neçə gündür ki, bu barədə məlumat yayırlar. Mitinqdə Ermənistan hakimiyyətindən daha çox Rusiya tənqid hədəfi olacaq”.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi həmin ilin noyabrın 9-da başa çatıb. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalanıb.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …