Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Uqanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənir

Uqandanın BMT yanında daimi nümayəndəsi və Uqanda Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olub.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində baş tutan görüşlərdə 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşünə hazırlıq məsələləri və Hərəkata sədrliyin səmərəli təşkili ilə bağlı Azərbaycanın müsbət təcrübəsi müzakirə edilib.

Uqanda nümayəndə heyəti həmçinin Milli Məclis Aparatının rəhbərliyi tərəfindən qəbul edilərək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin fəaliyyəti barədə məlumat verilib.

Daha sonra qonaqlar Qoşulmama Hərəkatının Gənclər Təşkilatının rəhbərliyi və qurumun Azərbaycan bölməsinin nümayəndələri ilə görüş keçirərək QH-nin gələcək fəaliyyətində gənclərin rolu mövzusunda fikir mübadiləsi aparıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …