Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ərdoğan Türkiyədə prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi iddiasına münasibət bildirib

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

Xatırladaq ki, iddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …