Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Peskov səfərbərliklə bağlı məlumatları şayiə adlandırıb

“Səfərbərlik haqqında məlumat yalnız Rusiyanın rəsmi orqanlarından gələ bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “press-call” zamanı deyib.

O, bu mövzuda teleqram kanallarında yayılan məlumatlara etibar etməməyə çağırıb.

D.Peskovun sözlərinə görə, ümumiyyətlə, teleqram kanallarına belə önəm verməyə ehtiyac duyulmur: “İlkin mənbə Rusiya Federasiyasının prezidentinin rəhbərlik etdiyi rəsmi hökumətdir. Teleqram kanallarını şişirtməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib, oktyabrın 31-də isə onun başa çatdığını açıqlayıb. Kreml artıq ikinci səfərbərlik dalğasının planlaşdırılmadığını bildirib.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …