Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

1-ci sinif şagirdi dərs vaxtı vəfat etdi

Dünən günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib. “Report”un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib. Məktəbə çağırılan “təcili yardım” həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir