Bu gün metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Metro Gallery” layihəsi çərçivəsində növbəti sərginin açılışı olub.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, “Azərbaycan Rəssamları” adlanan sərgi “Bakikhanov Residence” komplekslər qrupunun dəstəyi ilə baş tutub: “Sərgidə ümumilikdə 37 müəllifin 90 əsəri nümayiş olunur. Stansiyanın hər iki keçidində 6 ay davam edəcək sərgiyə hər kəs dəvətlidir.Bu “Metro Gallery” layihəsi çərçivəsində “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində baş tutan sayca 6-cı sərgidir”.