Bazar , 4 May 2025
Drone Cameras

Səfir: “Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır”

“Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

“Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində fevralın birinci dekadası xüsusi yer tutur. 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. 1992-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan diplomatik münasibətlərini bərpa edib, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açılıb”, – V.Kanevski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab edir: “Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində öz dövlətlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir”.

“Birgə ağrı bizi daha güclü və daha inamlı edib. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”, – Ukrayna səfiri bildirib.

Check Also

İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb

İsveç miqrantların ölkələrinə qayıtması üçün ayrılan yardımın məbləğini 900 avrodan 32 min avroya qədər artırmağa …