Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan alimləri bina və qurğuların zəlzələyə davamlığını müzakirə ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a AzMİU-dan məlumat verilib.

Seminarda kafedranın əməkdaşları və dəvət edilmış mütəxəssislər iştirak ediblər.

Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova geniş məruzə ilə çıxış edib. Alim çıxışında dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O, qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir.

Tükəzban Həsənova məruzəsində karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub.

O, bildirib ki, eksperimental elmi-tədqiqatların analizi nəticəsində karkas binaların yüksək intensivlikli seysmik yüklərə parametrlərinin (həddi halda) təyin olunması mümkündür.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …